İqtisadçıdan hazırda ön cəbhədə olan əsgərlərimizlə bağlı MARAQLI TƏKLİF

İqtisadçıdan hazırda ön cəbhədə olan əsgərlərimizlə bağlı maraqlı təklif

İqtisadçı ekspert Rəşad Həsənov Vətən müharibəsi ilə əlaqədar ordu sıralarına cəlb edilmiş şəxslərin maddi təminatının gücləndirilməsi üçün təkliflər irəli sürüb.
Qaynarinfo xəbər verir ki, Rəşad Həsənov yaranmış vəziyyətin çevik formada idarə edilməsi və vəziyyətin "daha da" pisləşməməsi üçün aşağıdakıları təklif edib:
 
1. YAŞAT Fondunun Nizamnaməsinə dəyişiklik edilsin və hazırda ordu sıralarında iştirakı səbəbindən ailəsinin gəlirləri dayanmış şəxslərin Fonda müracitə hüququ yaradılsın. Bu hüquq həmin şəxsin xidmət göstərdiyi müddətdə qüvvədə olsun.
2. Nazirlər Kabinetinin 7 aprel tarixli "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə" Sərəncamına dəyişiklik edilsin. Vətən müharibəsi ilə əlaqədar ordu sıralarına cəlb edilmiş və ödənişsiz şərtlərlə xidmətini davam etdirən (müharibə bitdikdən sonra təxris edilməmiş), cəlbetmədən əvvəl rəsmi iş yeri olmayan, gəlirlərinin davamlılığı qorunmayan şəxslər qeyd şərtsiz "işsiz" hesab edilsin və cari sərt karantin rejimi müddətində icra edilən 190 manatlıq birdəfəlik maliyyə yardımı ödənilsin...
3. Vətən müharibəsinə cəlb olunması səbəbindən rəsmi iş yerini və gəlirini itirmiş şəxslərlə əmək müqaviləsi bağlanılsın və minimum əmək haqqının ən az 2 misli (aylıq 500 manat) məbləğində maaş ödənilsin".






Fikirlər