Xalqının və Ölkəsinin qürurlu adı ilə öyünən VƏTƏN OĞLU!

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti gündəlik yeni-yeni uğurlara nail olur » Atatv.az

     Müzəffər Azərbaycan ordusunun 44 gün ərzində DQ-da və digər erməni işğalndakı torpaqlarımızda həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində əldə etdiyimiz QƏLƏBƏMİZ hər bir azərbaycanlının, o cümlədən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin də hədsiz dərəcədə sevincinə səbəb olub.Sözsüz ki, adı çəkilən bu şəxsin sevincinə əsas səbəb,ilk başda onun doğma Vətəninin uca adı və qürurlu xalqının yenilməz iradəsi ilə öyünməsidir.

Redaksiyamıza daxil olan məlumatlara görə, Bakı şəhər İcra Hakimiyyəti sturukturunda aparıcı bir sahəyə rəhbərlik edən Rafael müəllim, 27 sentyabrdan  işğalçı Ermənistanın məğlub edildiyi 10 noyabr gününə kimi, şanlı ordumuzun cəbhə bölgəsində parlaq qələbələr əldə etməsi üçün hər cür dəstəyini göstərmişdir. Bəli, o, Vətəni, xalqı, müzəffər ordumuzun uğur qazanması üçün əlindən gələni əsirgəməyən vəzifə sahibidir və müharibə dönəmində bu şəxsin ortaya qoyduğu iradə, məhz hər kəsin gözləri önündə olmuşdur. Heç cür unutmaq olmaz ki, Rafael Mehrəliyev uğurlu döyüş əməliyyyatlarının həyata keçirildiyi günlərdə rəhbərlik etdiyi sahəni daha çox səfərbər etmiş və üzərinə düşən vəzifəni dolğun şəkildə yerinə yetirməyi də bacarmışdır. Belə bir səbəblər üzündəndir ki,  xalqımız bu cür əqidə, bu cür amal sahibi olan işgüzar, xalqına bağlı, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Onların atdıqları addımları yaddaşlarda saxlayıb, hətta həmin şəxslərin addımları sonrakı nəsillər üçün örnək də olub. 

Haqqında söhbət açdığımız, xarakterik xüsusiyyətləri və  həyata keçirdiyi idarəçilik məharəti ilə bir çox vəzifə sahiblərindən fərqlənən Rafael Mehrəliyev, bu gün əsl xalq məhəbbətini qazanmış şəxslərdən biridir. Çünki, onun indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli vətəndaş mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca da dəyərləndirilib. Hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi vəzifəsini daşıyan Rafael Mehrəliyev, özünün müdrik, peşəkar, qayğıkeş bir şəxs olması ilə bərabər, eyni zamanda hər kəsə kömək əlini uzadan və digər ülvi hissləri özündə cəmləşdirən şəxs olaraq tanınır. Bu şəxsi müəyyən qədər tanıyan, ona bağlı olan hər kəs bilir ki, Rafael müəllimin qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu olduqca böyükdür. 

Rəfael Mehrəliyevin biznes imperiyası

Bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, gündəlik yorulmadan çalışır, işgüzar fəaliyyətini ortaya qoymağı bacarır və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Hər kəs o haqda da müəyyən məlumata malikdir ki, Rafael Mehrəliyev həm yaradıcı, həm də qurucuu vəzifə sahibidir və xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir şəxsdir. Həyat yollarının ilk günlərindən halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri, ən ülvi hisləri cəmləşdirən Rafael müəllimin belə bir amallar uğrunda yorulmadan çalışması, hər kəsin ona qarşı rəğbət hissinin formalaşmasına səbəb olmuşdur. O, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə də sübuta yetirir və onun hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Reallıq ondan ibarətdir ki, Rafael Mehrəliyev olduqca  sağlam təfəkkürə, sağlam əqidəyə sahib olan vəzifə sahibidir və onu heç bir qüvvə tutduğu yoldan daşındıra bilməz.

 Rafael Mehrəliyev: Xalq sevgisini əbədi qazanan Prezident » qanuninfo.az

Rafael Mehrəliyev: Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı » Xezerinformasiya.com

     Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti rəisinin yüksək elmi savada, texniki biliyə və digər müsbət göstəricilərə sahib olması da, məhz onun işgüzar nüfuzunu artıran səbəblərdir. Belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurlarını da əldə edir. Rafael Mehrəliyevin ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində hər zaman əsas tutması haqda da, müfəssəl məlumatlara malikik. Bundan əlavə o, insanlara qarşı olduqca diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan dəstəyini də göstərir. Xüsusi qeyd etmək yerinə düşər ki, o, hansı sahədə çalışıbsa, hər zaman özünü lazımınca doğruldub, haqqı-ədaləti müdafiə etməyi bacarıb. Bu şəxsin əsas amalı dövlətimizi müdafiə etmək, dövlətçiliyimizi möhkəmləndirmək, xalqımıza ləyaqətlə, vicdanla xidmət etməkdir.

    Ölkəmizin son hadisələrlə bağlı atdığı addımları yüksək qiymətləndirən, cənab Prezidentin mövqeyini müdafiə edən, Silahlı Qüvvələrimizin yanında olduğunu əməli addımları ilə sübuta yetirən, faşist ideologiyası, nadan düşüncə tərzi ilə silahlanmış erməni vandalizminin iç üzünün ifşa olunmasında bacardığını əsirgəməyən Rafael müəllim, bu hadisələrdə də əsl vətəndaş mövqeyini ortaya qoydu. Məsələn, o, belə bir yanaşmasını ifadə edir ki, “Silahlı Qüvvələrimizin son 44 gün ərzində DQ-da və ətraf ərazilərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları müzəffər ordumuzun haqq mübarizəsi idi. Yəni, qeyd olunan müddət ərzində itirilmiş torpaqlarımızın daha çox hissəsi geri qaytarıldı və düşmənə sarsıdıcı zərbələr də endirdi. Cəbhə bölgəsində məğlub olduqlarını açıq-aşkar şəkildə təsdiq edən düşmən ölkədə bu gün fərarilik, anarxiya, xaos baş alıb getməkdədir. Bütün bunlar onu söyləməyə əsas verir ki, nadan, savadsız və erməni xalqını uçuruma sürükləyən Nikol Paşinyan, bundan sonra hansı addımını atırsa-atsın, o, heç bir halda hansısa uğura nail ola blməyəcək. Çünki, müzəffər Azərbaycan ordusu qısa müddət ərzində “məğlubedilməz erməni” mifini altüst etdi və düşmən ölkənin əsl xisləti aşkara çıxarıldı. Cəbhə bölgəsində Azərbaycan ordusunun müqavimətinə heç cür duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan 10 noyabra kimi mülki insanları ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və Ermənistan bu cür addımları ilə, məhz özünün terrorçu dövlət olduğunu bir daha sübuta yetirdi.

AZƏRBAYCAN ORDUSU poliqonlarda: müharibənin » AzərTaym İnformasiya PortalıEhtiyatda olan zabit: "Azərbaycan Ordusu istənilən vaxt » AzərTaym İnformasiya Portalı

Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki,  ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar və işğalçı ölkəyə lazımi təzyiq göstərmədilər. Onu da yada salaq ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı,  30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, həmin qətnamələr icra olunmadı və icra olunmamasının müəyyən səbəbləri də oldu. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan 10 noyabra  kimi müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik  Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Bu yöndə atılan addımlar onu sübut etdi ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun həyata keçirməli olduğu vəzifəni təkbaşına, qətiyyətli iradəsi və döyüşkənliyi sayəsində yerinə yetirdi. Bununla da Azərbaycan ordusu öz gücünü və hansı iradəyə qadir olduğunu bütün dünyaya sübut etməyi də bacardı. Sözsüz ki, son 44 gün ərzində həyata keçirilən döyüş əməliyyatlarında uğur qazanmağımız,  birbaşa xalqın iqtidarla, Ali Baş Komandanla birlikdə olması, xalq ordu birliyi əsas səbəb oldu.

 Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayılda olublar - YENİLƏNİB-1Президент, Победоносный Верховный главнокомандующий Ильхам Алиев: Ты свободна, родная Шуша!

   Bundan əlavə, ölkə rəhbəri cənab İlham Əliyevin müdrik idarəçiliyi, hər an qətiyyətli iradəsini ortaya qoymaq bacarığı, hər addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarını öndə tutması və s. kimi addımlar da, birbaşa qələbəmizi şərtləndirən əsas amillər oldu. Bəli, biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı geri qaytardıq və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü təmin etdik. Düzdür, ötən 44 gün ərzində torpaqlarımızı özümüzə qaytardıq və bu mübarizə yollarında müzəffər Azərbaycan Ordusunun yaralananları, şəhid olanları da oldu. Odur ki, ərazilərimizin bütövlüyünün təmin olunması uğurunda yaralanan hər bir zabit və əsgərimizə şəfa diləyib, şəhid olanlara o böyük Allah-Təala rəhmət eləsin deyirəm!. Nə qədər çətin olsa da, biz hər bir ağrı-acıya dözməli və qürurlu iradəmizi düz tutmağı da bacarmalıyıq. Çünki, hər qarış torpağımız bizim üçün əzizdir, bizim üçün müqəddəsdir”.

Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna! Biz birlikdə güclüyük!

  Qarabağ Azərbaycandır!

"AzerTaym.az"

 






Fikirlər