SOCAR-ın Müşahidə Şurasının tərkibi TƏSDİQLƏNDİ...
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. "AzerTaym.az" bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.