Tələbə qarnını necə doydursun? - Ekspert: “Bu haqda düşünən universitet yoxdur”

Tələbə qarnını necə doydursun? - Ekspert: “Bu haqda düşünən universitet yoxdur”

Türkiyənin dövlət universitetlərində tələbələr bizim pulla 33 qəpiyə 4 çeşid yemək yeyirlər. Azərbaycanda isə tələbələr pulları olanda, ən yaxşı halda, 1 manat 50 qəpiyə mənşəyi bəlli olmayan ətdən hazırlanmış dönər yeyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, xarici tələbələrlə müqayisədə Azərbaycan tələbəsi daha çox ödəməklə, yəni cibinə zərər vurmaqla bərabər, bəzən canına da zərər vurur:

“Brend markalı restoran sahiblərinin əksriyyəti universitet yeməkxanalarını da lədirlər. Məlumat var ki, bir çox universitetin yeməkxanasının sahibi restoran sahibləridir. Bu halda tələbənin cibi artıq nəzərə alınmır.

Nəzərə alsaq ki, universitetdə az təminatlı ailələrdən olan tələbələr çoxdur. Onlar üçün ucuz yemək şərait yaradılmalı, güzəştlər olmalıdır. Təəssüf ki, bu haqda düşünən universitet yoxdur”.

Məzahir Məmmədli qeyd edib ki, pandemiya başlayandan universitet yeməkxanalarında reyd aparılmayıb:

Yeməklər keyfiyyətsizdir. Üstəlik tələbə və müəllim yeməkxanaları nədənsə ayrıdır. Heç qonşu ölkələrdə də bu cür ayrı-seçkilik edilmir. Bir çox hallarda müəllimlər üçün yağlar və ətdən istifadə olunur. Tələbə isə ağzının suyunu axıdır.

Tələbə qarnını necə doydursun? - Ekspert: “Bu haqda düşünən universitet yoxdur”






Fikirlər