2022-ci ildə Azərbaycan nə qədər neft çıxarmağı planlaşdırıb? – Ekspertdən KONKRET RƏQƏMLƏR

2022-ci ildə Azərbaycanda neft hasilatı cari ildəki ilə təxminən eyni səviyyədə olacaq. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında energetika eksperti İlham Şaban bildirib.

Ekspertin fikrincə, neft hasilatının səviyyəsinin eyni həcmdə salxanılmasını stabilləşmə kimi təqdim edib: 

“Bunu stabilləşmə kimi də qiymətləndirmək olar. 2021-ci ildə 34,5 milyon ton neft hasil olundu ki, bu rəqəm 2020-ci illə müqayisədə 3 milyon ton az idi. 2022-ci ildə isə, neft hasialtının 2021-ci ilə yaxın həcmdə olacağı proqnozlaşdırılır”.

İlham Şaban 2022-ci ildə reallaşa biləcək layihələrə də toxunub:

“2020-ci ilin yanvarında “Dostluq” yatağı ilə bağlı hökumətlərarası müqavilə imzalansa da, onun kommersiya reysinə düşməsi baş vermədi. Bunun üçün Dövlət Neft Şirkəti ilə, Türkmənistanın neft şirkəti olan TürkmənNeft arasında müqavilə imzalanmalıdır ki, yataq realizasiya mərhələsinə daxil olsun. 2022-ci ildə bu müqavilənin imzalanmasını da gözləmək olar”.






Fikirlər