ŞAD XƏBƏR: Pensiyalar bu qədər artacaq ...
2022-ci ildə yaşa, əlilliyə və ailə başçısına itirməyə görə pensiyalarda gözlənilən artımlar məlum olub. Yenisabah.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb. Rəydə bildirilib ki, növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair DSMF tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləği 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır. Başqa sözlə, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38,0 manat (14,6%) artaraq 298, 9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2%) artaraq 297,8 manat (2021-ci ildə 263 manat) olacağı gözlənilir.