Qaz limiti ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Son günlər sosial mediada təbii qaza tətbiq edilən limitin ləğv olunacağı və qazın hər kubmetrinin qiymətinin əhali üçün 12 qəpikdən hesablanacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mövzu ilə bağlı Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehralıyev bildirib ki, limitin ləğv olunması ilə bağlı yayılan məlumatlar doğru deyil: "Limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması “Azəriqaz”ın səlahiyyətində olan məsələ deyil. Hazırda limitin sıfırlanması məsələsi var ki, 31 dekbardan sonra smart kart tipli sayğaclarda yeni ilin limiti üçün hesablamlar gedir. Mexaniki tipli sayğaclardan istifadə edən abonentlərə isə oxunuş bitdikdən sonra yeni limit tətbiq tətbiq olunur”./Redaktor.az