Azərbaycan nefti qızıl qiymətinə satılır: 100 DOLLARı keçdi...

Azərbaycan nefti qızıl qiymətinə satılır: 100 dolları keçdi

  Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,13 ABŞ dolları, yaxud 3,21 % artaraq 100,76 ABŞ dollarına çatıb. 

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 94,25 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

 

 






Fikirlər