Azərbaycan Rusiya-Ukrayna müharibəsindən nə itirəcək? - Deputatdan açıqlama

Azərbaycan Rusiya-Ukrayna müharibəsindən nə itirəcək? - Deputatdan açıqlama

Rusiya-Ukrayna savaşının Azərbaycan iqtisadiyyatına hər hansı təsirləri olacaqmı? Bu ölkələrdən nə alırıq və onlara nə satırıq? 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bu mövzu ilə bağlı şəxsi “Facebook” hesabında paylaşım edib. O, 2020-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olduğunu bildirib.

İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub.

Ukraynadan idxal etdiyimiz malların strukturuna gəldikdə isə bunlar əsasən tütün, iribuynuzlu heyvan əti, siqaret, quş əti və onun əlavə məhsulları, kərə yağı, digər süd yağları və pastaları ,dərman vasitələri və digər məhsullar olub.

Azərbaycandan isə Ukraynaya il ərzidə daha çox təzə meyvə, reaktiv mühərriklər üçün kerosin yanacağı, təzə tərəvəz, sürtkü yağları, meyvə və tərəvəz şirələri və s. məhsullar ixrac olunub.

Millət vkili bildirib ki, Rusiya ilə Azərbaycanın ümumi illik ticarət dövriyyəsi 2 milyard 671 milyon dollar olub. Rusiyadan idxalımız 1 milyard 962 milyon dollar, ixracımız isə 709 milyon 390 min dollar olub.

“Hər iki ölkə üzrə məhsul idxal və ixrac strukturu göstərir ki, savaşın uzun müddətli olacağı halda Ukrayna ilə xarci ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir”deyə, deputat, qeyd edib:

“Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq.

Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şahələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımdan da aktualdır”. 

 






Fikirlər