Azərbaycan ƏN ŞOX NƏYİ ixrac və idxal edir? - CƏDVƏL
2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 203 milyon 344.30 min ABŞ dolları təşkil edib. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45.51 % azalıb. İdxal əməliyyatları üzrə 979 milyon 874.94 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 42.67 % azalıb), ixrac əməliyyatları üzrə isə 1 milyard 223 milyon 469.36 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 47.59 % azalıb) dövriyyə qeydə alınıb. İXRAC AZALIB, İDXAL ARTIB Yanvarda ixrac 657 milyon 76 min dollar, fevralda 566 milyon 393.15 dollar, yanvarda idxal 437 milyon 596.45 min dollar, fevralda idxal isə 542 milyon 278.48 dolar təşkil edib. Göründüyü kimi, yanvar ayı ilə müqayisədə fevralda idxal artıb, ixrac isə azalıb. İdxalın artması indiki vəziyyətdə yaxşı hal deyil, artan idxal dollara da tələbatı artırır. Dollara tələbatın artması isə onun qiymətini daha da artıra bilər. Bəs Azərbaycan ən çox hansı məhsulları ixrac və idxal edir?