“Türk malı alsaq, xeyir qardaşımıza qalar” - DEPUTAT

Vüqar Bayramov: `Milli Məclisin deputatları ekonom-klassda uçsunlar`

Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir.  Belə ki, ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar,  Çindən 1 milyard 432 milyon dollar və  İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq. Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür”.

 "AzerTaym.az" bildirir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, idxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni biz hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk:

 “Qarabağımız uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi var. Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullar ilə yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhfə vermiş olarıq.  Hamımız Türk malı alsaq, xeyir qardaşımıza qalar”.






Fikirlər