Bəstəkarın oğluna Mərkəzi Bankda vəzifə verildi ...
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib. AMB-dən xəbər verilir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb. Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub. Bundan əvvəl o, "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür. A.Mansurov Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Eldar Mansurovun oğludur.