Türkiyə şirkəti Azərbaycanda böyük layihələr həyata keçirəcək

“Azərsu” ASC ilə Türkiyənin “Sur Yapı” şirkəti arasında Salyan və Neftçala şəhərləri arasında içməli su kəməri layihəsinin icrası ilə bağlı müqavilə imzalanıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, “Sur Yapı” şirkəti ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında Qəbələdə “Yengice” su anbarının tikintisi ilə bağlı da niyyət protokol imzalanıb.
Bundan başqa “Sur Yapı” şirkəti işğaldan azad olunan rayonlarda da yenidənqurma işlərinə cəlb olunacaq.






Fikirlər