Meliorasiya və Su Təsərrüfatı ASC-dən orduya DƏSTƏK
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparatının işçiləri bir aylıq əmək haqlarını işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. "AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!