Meliorasiya və Su Təsərrüfatı ASC-də YOXLAMA!!!

manat_180215

Hesablama Palatasının Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı nöqsanlar aşkar edilib.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Bildirilir ki, Baş Şirvan Kollektoru Ağdaş, Ucar, Kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Salyan rayonlarının təsərrüfatlarına xidmət göstərir. İdarənin xidmət şəbəkəsinə uzunluğu 215,7 km olan Baş Şirvan kollektoru, 622,53 km təsərrüfatlararası kollektorlar, 572,25 km təsərrüfatdaxili kollektorları, 773 ədəd körpü, 5 ədəd düker, 182 akveduk ötürücü qurğuları və 6 ədəd su ölçən məntəqə daxildir. Kollektorun üzərində ümumi məhsuldarlığı 38,05 m³/saniyə olan 11 ədəd meliorativ nasos stansiyası fəaliyyət göstərir. Kollektor vasitəsi ilə 2015-ci ildə 1,4 milyard m³, 2016-cı ildə 1,6 milyard m³ qrunt suları Xəzər dənizinə axıdılıb, su ilə birlikdə axıdılan zərərli duzların miqdarı uyğun olaraq 2015-ci ildə 5711 min ton və 2016-cı ildə 8181 min ton olub.






Fikirlər