Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək -MONOPOLİYAYA SON?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik edilir

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni “Ərzaq bazarının dövlət tənzimlənməsi” adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.

Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində dövlət ərzaq ehtiyatları da müəyyənləşir. Eyni zamanda Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri müəyyənləşir. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik edilir.

Göründüyü kimi, qanunvericilikdə bir sıra yeniliklər var. Zaman-zaman bəzi ekspertlər qeyd edirlər ki, Azərbaycana idxal olunan ərzaq mallarının bahalaşmasının əsas səbəbi qlobal bazar amili deyil, bazarda hökm sürən inhisarçılıqla bağlıdır...

Palatanın builki hesabatı zəifdir" - » Azərbaycan İnformasiya Agentliyi

Əli Məsimli

Deputat Əli Məsimli də mediaya müsahibəsində deyib ki, Azərbaycanda antiinflyasiya tədbirləri görülməsi istqamətində müəyyən addımlar atılsa da, görünən budur ki, qiymətlər artmaqda davam edir: “Bu sahədəki neqativ dalğalanmaların təsirini minimuma endirmək, ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısını almaq, ölkədə ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı və qida məhsulları istehsalı sektorunun dayanıqlılığını təmin etmək məqsədilə bu problemin həllinə köklü, həm də kompleks yanaşılmasına, sistemli antiinflyasiya tədbirlərinin görülməsinə böyük ehtiyac var. Hazırkı reallıqlar şəraitində qlobal idxal inflyasiyasının təsirini azaltmaq olar, amma qarşısını tam almaq mümkün deyil. Belə bir şəraitdə məmur sahibkarlığından qaynaqlanan inhisarçılığın törətdiyi qiymət manipulyasiyası Azərbaycan əhalisinə daha böyük miqyaslarda ziyan vurmaqda davam edir. Onlar qiymətləri davamlı olaraq xırda-xırda, maaş artımı xəbəri çıxan kimi isə daha yüksək səviyyədə artırmağa başlayırlar. Nəticədə inhisarçılar və onların əlaltıları qiymət manipulyasiyası vasitəsilə vətəndaşların artan maaş və pensiyalarını əllərindən alırlar. Bu cür qiymət manipulyasiyaları ucbatından vətəndaşlar, sadəcə, dövlətin onların güzəranını yaxşılaşdırmaq üçün ayırdığı milyard manatlarla vəsaiti inhisarçılara ötürən vasitəçiyə çevrilib”.

Bəs görəsən, qanunvericilikdəki bu dəyişikliklər ərzaq bazarında sadalanan bu problemlərin həllinə kömək edəcəkmi?

Daha çox ixrac, daha çox valyuta üçün markalaşdırmanın önəmi və sirləri..

 Vüsalə Əhmədova

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2020-ci ildə pandemiyanın başlaması ilə tədarük zəncirində yaşanan qopmalar və ardınca iqlim dəyişiklikləri fonunda dünyada ərzaq məhsullarının sürətli bahalaşması prosesi gedir: “Hazırda Rusiya-Ukrayna müharibəsi də bu prosesə bir növ təkan verdi. Rusiya və Ukrayna qlobal ərzaq istehsalı və təchizatında mühüm rol oynayırlar. Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır, Ukrayna isə beşinci ən böyük buğda ixracatçısıdır. FAO-nun baş direktoru buğda tədarükünün 30%-i və ya daha çoxunun Rusiya və Ukraynadan asılı olan 50 ölkədə ərzaq təhlükəsi riskinin olduğunu qeyd etdi. Bu ölkələrin də əksəriyyəti az inkişaf etmiş, aşağı gəlirli, ərzaq çatışmazlığı olan ölkələrdir. Bütün bu faktorlar həmin ölkələri müəyyən addımlar atmağa sövq edir, o cümlədən də Azərbaycanı. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda edilən dəyişikliyin əsas məqsədi məhz ərzaq bazarında tələb və təklifi tarazlaşdırmaqdır. Belə deyək, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan hər il fermerlər və tədarükçülərdən əldə edilən məlumatlar əsasında ərzaq balansı tərtib edəcək. Yəni istehsal miqdarı, saxlanc yerlərində, anbarlarda və taxıl elevatorlarında mövcud ehtiyatların həcmi müəyyən ediləcək və növbəti il üçün atılacaq müvafiq addımlar planlaşdırılacaq. Məsələn, hər hansı bir qida məhsulunda qıtlıq gözlənilirsə, həmin məhsulun istehsalını artırmaq və ya dövlət ehtiyatlarını yaratmaq və ya idxalını stimullaşdırmaq və ya ixracına məhdudiyyətlər tətbiq etmək və s. İdxal tariflərinin aşağı salınması və ya ixraca məhdudiyyətlər tətbiq edilməsi kimi addımlar FAO tərəfindən mütəmadi tənqid edilir. Ancaq hansı ölkə bunu diqqətə alır? Ölkələr qida təhlükəsizliyi baxımından getdikcə proteksionist siyasət yürütməyə üstünlük verirlər. Bu cür siyasət hər bir ölkənin ərzaq təhlükəsizliyi probleminin həllinə kömək edir, lakin digər tərəfdən də qlobal ərzaq bazarında qiymətləri artırır. Proses artıq başlayıb və böyük narahatlıq doğuran məqamdır".

Ekspert əlavə edib ki, bir çox ölkələr sosial iğtişaşlardan qorxaraq taxıl və qida ixracını dayandırır: “Ani bahalıq və qıtlıqla üzləşməmək üçün ərzaq bazarında ilk öncə haqsız rəqabətin qarşısı alınmalıdır deyə düşünürəm. Ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi, yerli istehsalçıların hüquq və mənafelərinin qorunması baxımdan dəqiq hansı addımlar atılacaq? Bunlar qeyd edilsin. Ölkəmizdə yerli kənd təsərrüfatı istehsalçılarının bazara çıxışında olduqca böyük məhdudiyyətlər var. Yerli fermerlər istehsal etdikləri məhsulları çox ucuz qiymətə tədarükçülərə satmaq məcburiyyətində qalırlar, hansı ki, həmin məhsullar daha sonra paytaxtda dəfələrlə baha qiymətə satılır. Qanunda yalnız ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı ilə məşğul olan subyektlərin, müəyyən edilmiş məlumatları təqdim etmədikləri halda inzibati məsuliyyətə cəlb olunacaqları qeyd olunur. Yanıltıcı məlumatlar da təqdim edilə bilər. Bazar şəraiti haqqında daha çox şəffaflıq hökumətə və investorlara doğru qərarlar qəbul etməyə kömək edə bilər".

 






Fikirlər