Köhnə binaların hamısı SÖKÜLƏCƏK?

"Köhnə və qəzalı vəziyyətdə olan bütün binaların sökülməsinə ehtiyac var. Həmin binalarda yaşamaq çox təhlükəlidir”.
 
Bunu əmlak eksperti Nüsrət İbrahimov Bakıda qəzalı vəziyyətdə olan evlərin söküntüsünün başlanması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. 
Ekspert bildirib ki, həmin binaların heç biri günün tələblərinə cavab vermir:
 
"O binalar tez bir zamanda sökülməlidir. Amma bu binaların hamısını eyni vaxtda sökmək mümkün deyil. Həmin binalarda yaşayanları yerləşdirmək çox vaxt aparır. Bu işlər zaman tələb edəcək”. /Qaynarinfo






Fikirlər