Köhnə binalar söküləcəkmi? - Ekspert şərtləri AÇIQLADI...

"Köhnə binaların sökülməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Bu isə Bakı Şəhər İcra  Hakimiyyətinin başçısının dediyi fikirdir”.
 
"AzerTaym.az" bildirir ki,bunu qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binaların və fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu prosesdə əsas məqsəd tikinti sektorunu gücləndirməkdir:
 
"Bakıda 9 mərtəbəli evin yeri hansısa bir şirkət rəhbərinin xoşuna gəlir. Hesablayır ki, onun yerində yeni tikili olsa daha rentabelli olar və baha satılar. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, aralarında razılaşdırırlar və həmin bina sökülür. Prosedur belə formalaşıb. Bunun da əsas məqsədi ölkədə tikinti sektorunu inkişaf etdirməkdir. Tikinti sektoru inkişaf edəndə özü ilə bir çox sahəni də inkişaf etdirir”. 
Nüsrət İbrahimov Bakıda sovet dövründən tikilən binların həddindən artıq dayanıqlı olduğunu vurğulayıb:
 
"2000-ci ildə Bakıda zəlzələ oldu. Həmin vaxt köhnə binalara zərər dəymədi, çünki onlar dayanıqlıdır. Yaxşı olardı ki, dövlət köhnə binaları  deyil, diqqətini "Kubinka”, "Sovetski”, "Xutor” kimi tanınan yerlərə versin. Yuxarıdan baxanda həmin yaşayış mərkəzləri çox pis görsənir. Həmin ərazilər sökülüb, yerində yeni binalar və evlər tikilməlidir”. 






Fikirlər