Əhalinin banklarda batan milyonları: “Cüzi hissəsi qaytarılıb”

50 Dollar GIFs | Tenor

Mayın 17-dən Azərbaycanda daha bir bank azaldı. "Günay Bank" ASC-nin lisenziyası ləğv edildi. Mərkəzi Bank (AMB) bununla bağlı İdarə Heyətinin qərarını onun məcmu kapitalının nəzərdə tutulan minimum miqdarından az olması ilə izah etdi. "Günay Bank" ASC-dən qərara, hələlik, münasibət almaq mümkün olmayıb.

Dünyada 2014-2015-ci illərdə neftin kəskin şəkildə ucuzlaşmasından bəri Azərbaycanda təqribən 20 civarında bank ləğv edilib.

AMB vurğulayıb ki, "Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6, kredit portfelində 1, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir: ""Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır".

"8-10 bank qala bilər"

Deputat Rüfət Quliyev mövzu ilə bağlı "Turan"a deyib ki, Azərbaycan bank sektorunda sağlam rəqabət var: "Burada sadəcə normal və sağlam rəqabətdir. Bizdə aktiv işləyən 25 (hazırda 24) bankdan 8-10 bank qala bilər. Amma bu, yalnız o deməkdir ki, onlar məsuliyyətlidirlər. Onlar dövlətin, ölkə maliyyə sisteminin, əmanətçilərinin qarşısında məsuliyyət daşıyır".

"Orta banklara da növbə çatacaq"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, Azərbaycan bank sektorunda inhisarçılıq var. Onun vurğulamasına görə, inhisarçı banklar faktiki olaraq bir əldən idarə olunurlar və bir-biri ilə bağlıdırlar: "Düzdür, sahiblər formal olaraq müxtəlif ola bilər, amma faktiki olaraq bir əldən idarə olunur".

Hüquqşünasın fikrincə, əvvəl balaca bankları bazardan çıxarmağa başlayıblar, amma get-gedə orta banklara da növbə çatacaq. "Mərkəzi Bankın adətən banklara iradı odur ki, kapitalları azdır. İndi məlum olur ki, "Günay Bank" ötən həftə elan verib ki, iyulun 5-də səhmdarların ümumi yığıncağı çağırılır və gündəlikdə yalnız bir məsələ olub – kapitalın artırılması. İndi sual olunur - əgər səni, doğrudan da, kapital narahat edirsə, bir ay yarım gözləyə bilməzdin? Buradan bir nəticə çıxır: kapitalı artıracaqlarını görüblər və imkan verməyiblər", -Ə.Həsənov AzadlıqRadiosuna bildirib.

"Sığortalanmayan əmanətlərin yalnız kiçik hissəsi qaytarılıb"

O deyir ki, Azərbaycanda bağlanan 21 bank var və yalnız bəzilərinin sığortalanmayan əmanətlərinin cüzi hissəsi vətəndaşlara qaytarılıb: "Qalanlara isə formal olaraq deyir ki, pul yoxdur. Avropada və ABŞ-da isə kreditorlar komitəsi var və onun ləğvetmə prosesinə geniş nəzarət səlahiyyətləri var. Bizdə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank nəzarət edir. Yəni, bizdə sistem qanunvericilik səviyyəsində elə qurulub ki, Mərkəzi Bank ləğv edir, ötürür Fonda və kreditorları yaxın buraxmırlar".

Bu günün valyuta məzənnələri

 






Fikirlər