Buğdanın qiyməti kəskin bahalaşdı ...

Buğdanın qiyməti kəskin bahalaşdı 

Qara dəniz regionundan tədarükün azalması qorxusu buğdanın qiymətinin fevralın ortalarından bəri maksimuma yüksəlməsinə səbəb olub. 

Yeünisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo birjasında buğda fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq 7,7725 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb. 

Buğda Rusiyanın taxıl sazişindən çıxması fonunda bahalaşır. Qiymətlərin qalxması Odessa vilayətində obyektlərə raket zərbələri endirilməsi barədə xəbərlərdən sonra sürətlənib. 

Qlobal buğda tədarükünün təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşür. Eyni zamanda, ABŞ-ın bir sıra əsas kənd təsərrüfatı regionlarında hökm sürən quraqlıq ölkədə taxıl məhsulu ilə bağlı proqnozların pisləşməsinə səbəb olub. 






Fikirlər