AZƏRBAYCANDA 3 DÖVLƏT QURUMU ləğv edildi
Yeni qurumun yaradılması mövcud təşkilatların ləğv olunmasına səbəb oldu.
ANS PRESS-in məlumatına görə, bu barədə prezident İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.
Fərmana görə, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.
Palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.
Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılır:
İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin olunub.
Rüfət Aslanlı - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri isə aşağıdakılardır:
Asim Məmmədov - “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri
Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri
Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri
Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.
(Azərtaym.az)
Prezident İlham Əliyevin digər bir fərmanı ilə isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılıb.
Fərmanda qeyd olunur ki, əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir.