PROBLEMLİ kreditlərdə REKORD artım
Banklarda Dekabr ayında problemli kreditlər 278,9 milyon manat artıb AzerTaym.az
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ili sonunda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manata çatıb.
Bu Noyabr ayının sonu ilə müqayisədə 278,9 milyon manat və ya 22,7% çoxdur. Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər ilk dəfə belə bir nisbətdə artıb.
Ödəmə vaxtı keçmiş kreditlərin həcmi ötən ilin Noyabr ayının sonunda 1 milyard 229,6 milyon manat idi.