Azərbaycanda bu bankın rəhbərliyi DƏYİŞİR
İyunun 30-da “Dəmirbank” ASC səhimdarlarının toplantısı çağırılıb. Rəsmi mətbuatda yer almış elanda bildirilir ki, iclasda bankın 2016-cı il maliyyə nəticələrinin təsdiq edilməsi, bankın Audit Komitəsinin tərkibində dəyişiklik olunması nəzərdə tutulur. Bunlarla bərabər gündəlikdə bankın Müşahidə Şurasının tərkibinə də dəyişikliklər edilməsi də nəzərdə tutulub. Xatırladaq ki, son vaxtlar haqqında qalmaqallı xəbərlər dolaşan banklardan biri də “Dəmirbank”dır. MTN olaylarında adı bir neçə epizod üzrə hallanan bank bu ilin əvvəlində hakkerlər tərəfindən 3 milyon dollar oğurlanması ilə də medianın gündəminə gəlmişdi. AzerTaym.az