Zərərlə işləyən bankda İKİ DEPARTAMENT direktoru İŞDƏN QOVULDU

Zərərlə işləyən bankda iki departament direktoru işdən qovuldu

"AFB Bank”da kredit və təminat departamentlərinin rəhbərləri vəzifələrindən azad edilib.
AzerTaym oxu.az-a istinadən xəbər verir ki, bunlar Kredit departamentinin direktoru Mübariz Bayramov və Təminat departamentinin direktoru Qəhrəman Abbasovdur. 
Onların yerinə təyinat aparılmayıb.
Qeyd edək ki, "AFB Bank” ASC 2017-ci ili zərərlə bitirib. Bankın 1 yanvar 2018-ci ilə olan maliyyə hesabatına əsasən  ötən il ərzində 24,674 mln. manat ümümi faiz gəliri əldə edib.
Bu da 2016-cı il ilə müqayisədə daha 8 mln. daha çox faiz gəlir əldə etməsi deməkdir. Lakin kommersiya bankı bu göstərici ili ötən ilki xərclərini qarşılaya bilməyib – ili 12,19 mln. manat xalis zərərlə bitirib.
Bankın cəmi kapitalı ilin ilk rübündə 82, 173 mln manat təşkil etdiyi halda ilin sonunda  67,58 mln. həcminə düşüb. Bankın zərəri balansında olan 9,4 mln. manat bölüşdürülməmiş mənfəəti yoxa çıxarmaqla yanaşı 4,8 milyon manat əlavə yığılmış zərər ortaya çıxarıb.






Fikirlər