29.01.2014. - ŞOK! ŞOK! ŞOK! -1000 Manata ALÇA!

29.01.2014. - ŞOK! ŞOK! ŞOK! -1000 Manata ALÇA!
29.01.2014. - ŞOK! ŞOK! ŞOK! -1000 Manata ALÇA!
Harda??? Azərbaycanda-Bakıda!

Bəli,düz oxudunuz bu gün bazarlarlarımızda alçanın qiyməti fantastik həddə çatıb!
AzerTaym axar.az-a istinadən bu barədə məlumat verib.
Bir neçə bazarda aparılan müşahidələrdən məlum olub ki, bu günlər alçanın bir kilosu bazarlarımızda 900-dən 1000 manata qədərdir.
Bakının məşhur supermarketlərinin ikisində alçanın dənəsi 7 manatdır. Bildirək ki, alça kilo ilə qiymətləndirilsə də, ədədlə satılır.
Satıcının dediyinə görə, alçanın bu qədər bahalı olmasının səbəbi onun qışa qədər saxlanma şəraitinin çətinliyi ilə bağlıdır. Mövsüm vaxtı alçanın kilosunu 4 manata alan alıcılar onu xüsusi soyuducularda saxlayıb, qışda satışa çıxardırlar. Bir ton alçadan çox hissəsi saxlanma müddətində xarab olduğu üçün yalnız məhsulun az miqdarı satışa çıxarıla bilir.

Nəsimi bazarında isə gördüyümüz qiymət daha da təəccüb doğurur. Burada satıcı alçanın dənəsini 15 manata təklif edir.

Məhsulun qiyməti isə digər meyvələrdən fərqli olaraq nə marketlər şəbəkəsində, nə də “Nəsimi” bazarında göstərilir.

Bir məsələni də xüsusi vurğulayaq ki, sadalanan obyektlərdə alça “piştaxta altından” satılır.






Fikirlər