NEFT HASİLATININN AZALDILMASI NARAHATLIQ YARADIR - AÇIQLAMA

Neftin qiyməti bahalaşsa da, ixracatın azaldılması gəlirlərin azalmasına səbəb ola bilər.

Bunu Sherg.az-a dünya bazarlarında neftin bahalaşmasından danışarkən iqtisadçı-deputat Vahid Əhmədov deyib. 
Millət vəkili bildirib ki, dövlət büdcəsinin hesablanması zamanı neftin qiyməti 40 dollardan götürülüb. Lakin indi dünya bazarında bu rəqəm 57 dollardır: 
"Bu səbəbdən, neftdən asılı olan bir dövlət üçün neftin qiymətinin bahalaşmasının müsbət təsiri var. Lakin o məsələ narahatlıq yaradır ki, neft hasilatının 600 milyon tona yaxın aşağı düşməsi müşahidə edilir. İrəliləyişin təmin edilməsi üçün ixracatın artması da qiymət artımı ilə mütənasib təyin edilməlidir. Bu Azərbaycan üçün çox vacibdir”.
AzerTaym.az

 






Fikirlər