Deputat od püskürdü

Deputat od püskürdü2015-ci il dövlət büdcəsindəki gəlir rəqəmləri 2014-cü il dövlət büdcəsindən 5,7 faiz çoxdur.

ANS-in məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, inflyasiyanın 2% həcmində olması büdcənin risqsiz olduğuna əyani sübutdur. Büdcədə vaxtı ilə ödənilməyən verginin 6 milyard manatdan 2 milyardadək azaldılması, vergi yığım əmsalının əlavə 5% artırılması ölkədə makro iqtisadi stabillik qorunub saxlanacaq
.


Deputat neftin qiyməti ilə bağlı müzakirələr aparıldığını və polimikalar yarandığını söyləyib. "Bəzi şəxslər bizə dərs keçmək istəyirlər. Çox təssüf edirəm. Neftin qiymətinin 80-90 dollar götürülməsi dövlət büdcəsinə o qədər də təsir etməyəcək. Çünki neftin qiymətinin büdcədəki təsiri 14%-dir. Bu isə təxminən 2 milyard dollar zərər deməkdir. Neftin qiymətindəki 10 dollar fərq 250 milyon dollarlıq fərq deməkdir. Bu elə də böyük rəqəm deyil. Büdcənin 67%-i neft gəlirindən formalaşır. Dövlət Neft Fondundan 10 milyard manatlıq transfer edirik. Düşünürəm ki, neftin qiymətinin aşağı düşməsi elə də ciddi təsir göstətrməyəcək”.

O, deyib ki, Azərbaycanda ən vacib məsələrdən biri Maliyyə Nazirliyi və Hesablama Palatasının qarşısında qoyulub. Bu, xərc sisteminə nəzarət mexanizmidir.

“6,9 milyard manatlıq əsaslı vəsasit qoyuluşuna kim zəmanət verə bilər? Kim zəmanət verə bilər ki, bu vəsaitlər məqsədli şəkildə istifadə ediləcək? Hesablama Palatasının hesabatları zamanı demişəm ki, artıq kiçik layihələrdən iri layihələrin yoxlanılmasına keçmək lazımdır. Azərbaycanda milyardlıq layihələr yoxlanılmır. Mən hesab edirəm ki, bu layihələrə nəzarət edilməlidir. Bəlkə bunlar hansısa məmurların ixtiyarında olan məsələlərdir? Bu pullar dövlətin vəsaitidir. Ona görə də yoxlamalar aparılmır”.

V.Əhmədov əmanətlərin faiz dərəcələrinin aşağı salılmasına baxmayaraq bunun kredit faizlərinə təsiri olmamasından narahatlığını dilə gətirib. O, deyib ki, bankların 10 ay ərzində gəlirləri artıb.

"Əmanət fazilərini buna görə, aşağı salmışdılar? Azərbaycanın maliyyə bazarına bu problem çox ciddi təsir edir. Əhalinin mənzilləri əlindən alınır. Onlar çətin vəziyyətdədir. Bunun qarşısı alınmalıdır. Banklarla bağlı xüsusi bir iclas keçirilməlidir. Mən bu barədə Oktay Əsədova da təklif etmişəm. Bankirlərə qulaq asmaq lazımdır ki, görək bunun axırı haraya gedəcək?".






Fikirlər