"Aİ-95" benzinin 28 qəpiyə satıldığı ölkələr - SİYAHI
“Blomberq” agentliyi dünyada ən keyfiyyətli yanacaq hesab edilən "Aİ-95" benzininin ən ucuz və ən baha qiymətə satıldığı ölkələrin siyahısını tərtib edib. AzerTaym.az xəbər verir ki, hazırlanan siyahıya "Aİ-95" benzininin ən ucuz satıldığı yer olan Venesuela liderlik edir. Burada bir litr benzinin qiyməti 0.01 dollardan azdır. İkinci pillədə litri 0.28 dollar olan İran, üçüncü yerdə isə bir litr üçün 0.35 dollar ödənilən Küveyt dayanır. İlk onluqda Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malaziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar), Rusiya (0,72 dollar) qərarlaşıb. "Aİ-95" benzininin ən bahalı satıldığı ölkələr siyahısında isə ilk pillədə bir litri 2.09 dollara satılan Honkonq gəlir. İlk onluqda isə Norveç (2,02 dollar), Niderland (1,93 dollar), Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar), Fransa (1,78 dollar) qərarlaşıb.