Jurnalisti şərləyən şantajçı şöbə müdiri 10 İL 6 AY AZADLIQDAN MƏHRUM EDİLDİ

Kəlbəcər təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. 

Moderator.az-a bu xəbəri Gəncədəki mənbələrimizdən veriblər. Xatırladaq ki, M. Bağırovun adı hələ həbs olunmamışdan xeyli əvvəl çoxsaylı korrupsiya faktlarında hallanırdı və Azərbaycan təhsilində kişini analıq məzuniyyətinə ( dekret)ə çıxaran şöbə müdiri kimi də tarixə düşmüşdü. Onun korrupsiya cinayətləri o qədər çoxşaxəli idi ki, əməlləri barədə çoxsaylı şeirlər, lətifələr qoşulmuşdu. Amma buna baxmayaraq o kəlbəcərlilər arasında təkcə korrupsioner kimi deyil, həm də şantajçı və evyıxan kimi də adını tarixin qara siyahısına yazdırmağa macal tapdı. Belə ki, tanınmış araşdırmaçı jurnalist Ərşad İbrahimli məhz onun iddiaları əsasında qanunsuz olaraq 11 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, Ərşad İbrahimli M. Bağırovun çoxsaylı cinayətlərini ifşa etdiyinə görə hədəfə gəlmişdi, amma maraqlıdır ki, onun özü şərlənərək törətmədiyi cinayətə görə uzunmüddətli həbs cəzası alsa da məhz araşdırmaları baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinədə bir daha araşdırrılaraq təsdiqini tapdığından M. Bağırov haqqında irəli sürülüən ittihamın əsasını təşkil etdi.
Beləliklə həyat göstərdi ki, şərçinin, şantajçının son aqibəti necə olur. 






Fikirlər