APA Aşot Avanesyanın səs yazısını yaydı – AUDİO
Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın APA-ya açıqlaması ciddi rezonansa səbəb olub. Daha çox rezonansa səbəb olansa onun Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bəyan etməsidir. APA-nın bu xəbəri yayıldıqdan az sonra isə A.Avanesyan “Facebook”da tamamilə fərqli mövqedən çıxış etməyə başladı və qondarma “respublikanın” müstəqilliyinə sadiq olduğunu bildirdi. Sitat: “Azərbaycan Kütləvi İnformasiya Vasitələrində mənim adımdan açıqlama yayılıb. Öz tərəfimdən tam məsuliyyətimlə bəyan edirəm ki, bu, mənə qarşı təxribatdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq “Dağlıq Qarabağ Respublikası” və Ermənistan Respublikası hər bir erməni üçün ən dəyərli varlıqdır. Yalnız erməni xalqının həmin regionda təhlükəsizliyinin tam təmin olunması şərti ilə hansısa kompromislərdən danışmaq olar. Ən əsası mən yazılanlardan fərqli olaraq Ermənistan rayonu olan Vartaşyanın Calut kəndində anadan olmuşam”. APA-nın yaydığı səs yazısında isə A.Avanesyan jurnalistin “Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir” sualına “Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq” cavabını verib. Səs yazısının əsas hissəsini təqdim edirik: