Vəba xəstəliyi Yəməndə 115 nəfərin həyatına SON QOYUB

Yəməndə aprel ayının sonunda vəbadan ölənlərin sayı 115 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "France Press" agentliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən yayıb.

Beynəlxalq qırmızı xaç komitəsinin nümayəndəsi Dominik Stillxard bildirib ki, ölkənin 14 əyalətində 8.5 min yoluxma qeydə alınıb. Son bir həftədə isə yoluxanların sayı üç dəfədən çox artıb. Stillxard Yəmən xəstəxanalarınən xəstələrlə dolu olduğunu qeyd edib.






Fikirlər