Çempionu döyüb öldürən azərbaycanlının yerini deyənə 500 minlik MÜKAFAT
Rusiya Daxili İşlər naziri pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənovun yerini deyənə 500 min rubl (təxminən 15 min manat) mükafat təyin edib. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıblar. Anar Allahverənovun yerini deyənin adı isə gizli saxlanılacaq. Məlumata görə, Anar Allahverənov hələ də saxlanılmayıb, axtarışı davam etdirilir. Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.