"Lombard"ın əməkdaşına qarşı quldurluq edənlərə — — 26 il HƏBS
"AzərTaym"ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Dəstə üzvləri hadisə yerinə Surxay Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər. Dəstə üzvlərinə Pərvin Əliyevdə külli miqdarda pul olması barədə məlumatı isə Namid Aydınov verib.
Hakimlər kollegiyasının hökmünə əsasən Surxay Cəfərov 9 il 4 ay, Tural Ağahüseynov 9 il, Namid Aydınov və Rauf Azadov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini Pərvin Əliyev 102 xidmətinə məlumat verib ki, "Lombard"da çalışır və işdən evə gedən zaman naməlum şəxslər ona hücum edib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.
Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Əliyevin 7 min manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar.
Məlum olub ki, onlar "Lombard"ın qarşısında uzun müddət gözləyiblər. Pərvin Əliyev işdən çıxan kimi onun maşına basıb əl qolunu bağlayaraq qaz balondan istifadə ediblər. Daha sonra onun pulunu götürüb, hadisə yerindən çıxıblar.