MTN polkovnikinin rütbəsi əlindən alındı - 12 il HƏBS İSƏ...
Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib. “AzerTaym”ın verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə V.Ələkbərovun vəkilinin məhkəmə prosesinin qismən istintaqda keçirilməsi barədə vəsatəti təmin edilməyib.Zərərçəkən Hüseyn Səfərov isə çıxış edərkən onların apellyasiya şikayətinin Bakı Hərbi Məhkəməsinin hakimi tərəfindən hazırlandığını deyib. Müdafiə tərəfinin təkidi ilə bu ifadə protokola qeyd edilib.Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.