LOTU QULİ İstanbula kimin TOYUNA GƏLİB?- FOTO

İstanbulda 36 yaşlı “qanuni oğru” Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimi keçirilib.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən hazırladığı məlumata görə, "Esa Royal Park" əyləncə mərkəzində keçirilən toyda keçmiş post-sovet ölkələrindən çıxmış əksər oğrular iştirak edib.

Məlumata görə, Roland, Mzarela, Qoça, Nukri, Kuşner, Çoban kimi oğrularların ən əziz qonağı isə Lotu Quli olub. Elə sağlıqların əksəriyyəti də Qullinin ünvanına səslənib.

Məlumatda o da deylir ki, toyda Qulini İlham Hacıyev adlı avtoritet müşayiət edib. Toyun səhəri isə Quli Dubaya qayıdıb.

28663629-eba9-44ad-b410-eb947ead4efc.jpg (130 KB)






Fikirlər