"Lotu Quli" oğru mafiyasını İSTANBULA TOPLADI - ADLAR - FOTO

Rafət Əlibayramlinski və Saşa Kuşner Nadir Səlifovla birlikdə 

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə köçən kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli)  yaxın dostlarının əhatəsində olduğu bildirilir. 

Lent.az azfakt.com-a istinadən xəbər verir ki, kriminal avtoritetə yaxınlığı ilə seçilən “qanuni oğrular”  İstanbulda Quliyə baş çəkiblər. 

Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn qanuni oğrulardan biri Türkiyədə məskunlaşan həmyerlimiz  Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan  Rusiyalı Saşa Kuşnerdi. 

Fotoda “Lotu Quli” tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, “qanuni oğrular” Rafət Əlibayramlinski, Saşa Kuşner və  ona yaxın olan dostlarının  əhatəsindədir.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb. 

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.

Rafət Əlibayramlinski və Saşa Kuşner Nadir Səlifovla birlikdə 

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə köçən kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli)  yaxın dostlarının əhatəsində olduğu bildirilir.

 

 






Fikirlər