"Lotu Quli" AZADLIĞA BURAXILDI
Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb. Bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib. Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub. PRESSDAY.az saytının məlumatına görə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirləndirilən Səlifov 15 il azadlıqdan məhrum edilib. Lakin 2015-ci ildə həbs müddəti başa çatmaq ərəfəsində Səlifova bir neçə zorlama üzrə ittiham irəli sürülüb. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Quli bu əməllərini birbaşa həbsxanada həyata keçirib. O vaxt yayılan məlumata görə, Səlifov onunla görüşə gələn qızları zorlayıbmış. Məhz bu ittihamlardan sonra “qanuni oğru” daha 16 il azadlıqdan məhrum edilib. Buna baxmayaraq, Azərbaycanın penitensiar sisteminin və həbsxananın rəhbərliyi cəzalandırılmayıb. “Quli” hazırda Buta qəsəbəsindəki 8 saylı xüsusi rejimli həbsxanada cəza çəkir. Etibarlı mənbənin məlumatına görə, o, azadlığa 2021-ci ildən tez çıxa bilər. Qeyd etmək lazımdır ki, 76.3.3-cü maddəyə əsasən, əgər zorlama xüsusilə ağır cinayət kimi töfsiv olunursaazadlıqdan məhrum olunan cəzasının ən azı dörrdə üçünü çəkəndən sonra şərti azadlığa çıxa bilər. Səlifov indi 2005-ci ildə çıxarılan cəzanın məhz bu qədər müddətini oturub. Onu da qeyd etmək lazımdır ki, “Quli” 20 ildən çoxdur dərmir barmaqlıqlar arxasında otursa da, MDB-nin kriminal aləmində güclü nüfuza malikdir. O, “baxıcıları”nın vasitəsilə yaxın xaricdə (Ukrayna, Gürcüstan və Azərbaycanda) Azərbaycandan olan biznesmenlərə – diaspora üzvlərinə nəzarət edir. Məsələn, 2017-ci ilin yanvar ayında məlum olub ki, 2016-cı ilin avqustunda Türkiyədə killerin güllələdiyi Rövşən Lənkəranskinin əvvəl nəzarətdə saxladığı Sverdlovsk vilayətindəki azərbaycanlı ticarətçilə “Quli”yə sədaqət andı içiblər. Başqa bir mənbə qeyd edir ki, “Quli”nin vaxtından əvvəl şərti azadlığa buraxılması “1 nömrəli oğru” Şakro Molodoy ləqəbi ilə tanınan Zaxariya Lalaşovun iki il əvvəl İspaniyadan qayıtması ilə “oğru aləmi”ndə yaranan vəziyyəti kökündən dəyişdirə bilər. Bir neçə il İspaniyada həbsxanada oturub Rusiyaya qayıdan Kalaşov “oğru dünyası”nda özünəməxsus attestasiya aparıb. Onun qərarı ilə 2015-ci ilin yazında Daha bir "qanuni oğruların" çoxu, həmişəlik “qanuni oğru” titulundan məhrum ediliblər. Öz “çətiri”ni itirənlər Saşa Kuşner, Qilani Sedoy, Şamil, Armen Xoxol, Nika Qaqrinski, Lekso Qalski, Beso Rustavski, Artyom Lipetski və “Quli”nin xaçlandırdığı Rafət Əli Bayramlı, Ceyhun Gəncəli və Llad Şarap ləqəbi ilə tanınanlar olublar. Məlumata görə, sonuncunun məhz “Quli”nin köməyi ilə “tacı”nı qaytarmaq şansı var. Vlad Şarap 2014-cü ildə Türkiyədə keçirilən “yığıncaqda” Tolik Noqinski və Maksom Pionerlə birlikdə “taclandırılıb”. Mənbənin sözlərinə görə, Səlifovun azadlığa çıxandan sonra ilk işi Kalaşovun “oğru” statusundan məhrum etdiyi “qanunçular”ın taclarının bərpası olacaq.