Məhkəmə önündə “Lotu Quli”ni anası, həyat yoldaşı və İKİ UŞAĞI QARŞILADI

Oktyabrın 24-də, səhər saat 9-da 22 illik fasiləsiz həbsdən sonra Azərbaycanda 45 yaşlı “qanuni oğru”, kriminal dünyasının haqlı olaraq yeni “birinci şəxsi” adlandırılan Nadir Səlifov azadlığa çıxdı.

Virtualaz.org bildirir ki, bunu “Praymkraym” informasiya agentliyi yazıb.

Agentlik xatırladır ki, “Lotu Quli”nin azad olunacağı barədə aramsız şayiələr hələ avqustda yayılmışdı. Oktyabrın başlanğıcından isə bu anı hər gün gözləyirdilər.

Agentlik bildirir ki, nüfuzlu müşayiətçilər nəzərə alınmazsa, “Lotu Quli”ni qarşılamağa anası, həyat yoldaşı və iki uşağı da gəlmişdilər.

Nadir Səlifov azad olunandan dərhal sonra atasının və bir neçə həftə əvvəl Tbilisidə öldürülmüş avtoritet Elşən Məmmədovun qəbirlərinə baş çəkib.

Agentliyin məlumatına görə, “Lotu Quli” İstanbula köçməyi planlaşdırır. Onun azadlığa çıxması ilə Azərbaycanın və Rusiyanın kriminal dünyasında ən sürətli dəyişikliklər gözlənilir. Çünki öz uzun dustaq həyatı boyunca N.Səlifov ən xarizmalı avtoritetlərdən biri olaraq kriminal aləmdə gedən proseslərə və qüvvələr nisbətinə qeyri-məhdud təsir gücünə malik olub.

Hər necə olsa da, bu gün “bütün ailələrin başçıları” “Lotu Quli”nin timsalında dəstək axtarırlar. İstənilən halda, Rövşən Lənkəranskinin və başqa kriminal avtoritet “Deda Xasan”ın (Aslan Usoyan) faciəli şəkildə həlak olmalarından sonra heç kim post-sovet kriminal aləminin yeni lideri ilə düşmənçilik etmək istəmir.

Virtualaz.org

 






Fikirlər