Lotu Quli azadlığa çıxır və düşmənlərinə qalib gəlir - Qanlı hesablaşma

Lotu Quli azadlığa çıxır və düşmənlərinə qalib gəlir

“Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov Rövşən Lənkəraniskini qətlə yetirdiyini etiraf edib. Bu etirafdan sonra azərbaycanlı avtoritetlərin yeni hesablaşması dövrü başlanacaq 
Bu barədə Rusiyanın “Rosbalt” agentliyi yazıb.
“Azərbaycan mafiyası müharibəyə hazırlaşır” - deyə yazan agentlik qeyd edir ki, 2017-ci ildə Azərbaycanın kriminal qəbilələrinin nümayəndələrini ciddi toqquşmalar gözləyir.
Hazırda Moskva regionunda güclü vahid qruplaşma yaranıb. Bu qruplaşmaya Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov, Rəşad İsmayılov (Rəşad Gəncinski) daxildir. Onları Rövşən Lənkəraniskiyə düşmənçilik birləşdirirdi.
2016-cı ilin avqustunda Rövşən Canıyev İstanbulda qətlə yetirildi. Və Yeni il ərəfəsində Rəşad Gəncinski Lənkəraniskini “aradan götürdüyünü” açıqladı. O, bunu yaxın dostu, Moskvada “göyərti kralı” kimi tanınan və öz evinin qarşısında güllələnərək öldürülən Canbulat Şamiloğlunun qisasını almaq üçün etdiyini bildirib.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat veriləcək.
Lakin “Rosbalt”ın mənbələri bu işdə Gəncinskiyə Vaqif Süleymanov və Lotu Qulinin kömək etdiyini deyiblər.
Nəticədə hər üç “qanuni oğru” Rövşən Lənkəraniskinin Moskvadakı bütün obyektlərini öz aralarında bölüşdürdülər.
Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə danışıb ki, vəziyyətin uzun müddət belə davam edəcəyini demək çətindir. Xüsusilə, Nadir Səlifovun 2017-ci ildə azadlığa çıxacağı haqqında söhbətlərin getdiyi bir vaxtda.
“Məlumatlar var ki, Lotu Qulinin bu il Azərbaycanda həbsdən buraxılması üçün danışıqlar aparılır. O, elə şəxsdir ki, bu gün səninlə dostdur, müttəfiqdir, sabah ən qəddar düşməninə çevrilə bilər və səni öldürmək üçün əlindən gələni hər şeyi edər. Rəşadla Vaqif bunu anlayırlar. Buna görə də üçlüyün yaratdığı ittifaq 2017-ci ildə mütləq dağılacaq və keçmiş müttəfiqlər arasında müharibə başlayacaq”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hazırda “Zayka” ləqəbli Zaur Əliyevin klanı da güclənməyə başlayıb: “Hansı ki, bu şəxs və tərəfdarları istənilən söhbətdə silaha əl atır”.
Mənbə Lotu Qulinin düşməni “Kürən Albert” ləqəbli Əli Heydərov faktorunu da xüsusi vurğulayıb.
“Kürən Albert” 2014-cü ildə həbs olunub və iki ildir istintaq altındadır.
“Onun azadlığa çıxacağı vaxt da yeni qarşıdurma ola bilər. Lakin bütün hallarda Azərbaycan mafiyası bu il şiddətli qarşıdurma dövrünə qədəm qoyacaq”, - deyə o diqqətə çatdırıb.(Publika.az )






Fikirlər