Azərbaycanda maskalı silahlı şəxslər evə HÜCUM ETDİ

Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

AzerTym.az report-a istinadən xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.
Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.
Digər şəxs isə hadisə yerindən qaçıb.
Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.
Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir






Fikirlər