SAATLIDA KİRMİNAL avtoritet ÖLDÜRÜLDÜ
Saatlı rayonununun Azadakənd kəndində kriminal avtoritet tapança ilə güllələnərək qətlə yetirilib. “Report” məlumatına görə, Saatlı rayonunun Azadakənd kənd sakini, 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun ona məxsus BMW markalı avtomobildə başından almış 2 güllə yarası ilə meyiti aşkarlanıb. Meyit Sabirabad morquna müayinə olunmaq üçün yerləşdirilib. Qeyd edilir ki, adı çəkilən şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Saatlı rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.