Bakıda kütləvi dava: Yaralılar VAR...

Bakıda kütləvi dava olub.

 Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

 Yaralılar xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb.






Fikirlər