Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.

 






Fikirlər