Şamaxı Telekommunikasiya Qovşağı məhkəməyə verilib

DSMF-nin departamenti pulun tutulmasına dair tələb irəli sürüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti Şamaxı Telekommunikasiya Qovşağını məhkəməyə verib.

“Report”un xəbərinə görə, DSMF-nin departamenti pulun tutulmasına dair tələb irəli sürüb. Pulun məbləği açıqlanmayıb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.






Fikirlər