Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəki Polisinin ittihamlarını niyə qəbul etmədi...?

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəki Polisinin ittihamlarını niyə qəbul etmədi...?

Ölkəmizdə narkomaniya qarşı  aparılan ciddi mübarizə ictimaiyyət tərəfindən də dəstəklənir. Çünki  son vaxtlar  “ağ olüm” insanları vahiməyə salmış, hətta uşaqları da bu bəlaya düçar edirlər. Narkomaniyaya qarşı ciddi mübarizə aparıldığ bir vaxtda  Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin 22.09. 2021- ci il  tarixli müəmmalı qərarı hər kəsi  ŞOKA salıb. 
 
Belə ki, 2020- ci il iyunun 20- də Şəki rayonu Baş Göynük kənd sakini Həsənov Alı Yusif oğlunun yaşadığı ünvana Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı onun evinin həyətyanı sahəsindən külli miqdarda, yəni əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli 21 ədəd çətənə kolu aşkar edilmişdir. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılmışdır.  Alı Həsənova Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə ittiham elan edilmişdir. Həmin cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 
 
Alı Həsənov əvvəllər də Cinayət Məcəlləsinin 237.1 (narkotik tərkibli bitkilərin əkilib- becərilməsi), 234.1 (narkotil vasitə əldə etmə, daşıma saxlama) maddələri ilə həbs edilərək məhkum olunmuşdur. Əvvəllər bu cinayətləri törətmiş, narkomaniyanın  yayılmasına bilərəkdən şərait yaratmış bir cinayətkarın Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev tərəfindən bərat verilməsi təəccüb doğurur. Hakimin bu müəmmalı qərarı yerli sakinlərin hiddətinə səbəb olub. 






Fikirlər