Özünü asan MTN polkovniki ilə bağlı cinayət işi başladıldı

 

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başladılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.
 
Qeyd edək ki, bu gün İ.Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb. İ.Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu






Fikirlər