MTN-nin POLKOVNİKİ ÖZÜNÜ ASIB, ÖLDÜRÜLÜB, YOXSA QAÇIRILIB? – Şok iddialar Şok iddialar

 

img1966575

 

 

 

 

MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) müəmmalı ölümü ətrafında müzakirələr səngimir. Onun ölümündən 2 gün sonra kamera yoldaşı olduğu deyilən digər dustaq – Manaf Paşayevin də müəmmalı ölümü bu müzakirələri bir qədər də qızışdıran amildir.“Xural” qəzetinin baş redaktoru, il yarım BİT-dəki kamerada saxlanmış Əvəz Zeynallı qəzetimizə müsahibəsində İ.Əliyevin intihar etməsini şübhə altına alan faktlar açıqlayıb. Deyib ki, BİT-dəki kameralarda pəncərələr elə bir hündürlükdə deyil ki, oradan kimsə özünü asa bilsin.

Hətta İlqar Əliyevin ölmədiyi, intihar adı ilə həbsdən azad olunduğunu söyləyənlər də var. Belə fikirlər var ki, İ.Əliyev illərlə qanuni fəaliyyətlə yanaşı, qeyri-qanuni fəaliyyətlə məşğul olub, qanunsuz əmrləri yerinə yetirib. O, bir gün qanunsuzluqlara görə həbsə alınacağı ehtimalını da göz altına almaya bilməzdi. 
Onun ölmədiyini iddia edənlər deyirlər ki, xarici ölkələrdən birinə özünün icraçısı olduğu, vaxtilə ictimiyyətin diqqət mərkəzində olmuş işlərlə bağlı ona qanunsuz göstərişləri verənlərin səs yazılarını, videolarını ötürə bilərdi. Həbsə alınandan sonra isə o, həmin materialların surətlərini sahibinə göndərib azadlığa çıxmasının təmin olunmasını istəyə bilərdi. Əks təqdirdə isə həmin kompromatları yaydıracağı ilə hədələməsi də mümkün idi.

img1352086Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılqəzetimizə İlqar Əliyevin ölümü ilə bağlı açıqlama verərkən deyib ki, sabiq rəis müavininin ölümü müəmma ilə əhatələnib: “İlqar Əliyevin ölümünün ardından məhbus Manaf Paşayevin ölümü artıq istintaqın üzərinə kölgə salıb. Deyirlər ki, hər iki şəxs özünü asıb. Soyuq başla düşünəndə, kameradakı pəncərənin hündürlüyü asılmağa imkan vermir. Deməli, adamların özlərini asması mümkün deyil. Üstəlik, İlqar Əliyev informasiya daşıyıcısı idi. Onun bildiyi informasiyalar təkcə dövlətə aid deyildi, əsasən cinayətlərlə bağlı informasiyalar idi. O, sifarişlər əsasında işləyib”.

İ.İsmayıl istintaqın şəffaf olmadığına diqqət çəkir: “Onun, ondan 2 gün sonra orada müəmmalı şəkildə ölən məhbusun istintaqlarında şəffaflıq yoxdur. Bu gün bu 2 şəxsin ölümü ilə bağlı rəsmi açıqlamaya qarşı ”bunları siz asmısız”, “yardım etmisiniz” desək, əks tərəfin ittihamı ilə üz-üzə qalmış olarıq. Deyərlər ki, haradan bilirsiz ki, İlqar Əliyev özünü asmayıb? Ona görə də konkret olaraq bunu söyləmirik. Amma onun bu şəkildə ölümündə kifayət qədər ciddi şübhələr var.
Bu şübhələrin də əsası ondan ibarətdir ki, İlqar Əliyev təsadüfi şəxs olmayıb. Böyük bir cinayət dəstəsi olub, onlar elə bir tapşırıqları yerinə yetiriblər ki… Həmin sifarişləri vermiş şəxslər bu gün həbsdə deyillər. Onların həbsdə olması kimlərinsə marağına da uyğun deyil. Görünür, İlqar Əliyev də, ondan sonra orada dünyasını dəyişən məhbusun özü də kimlərləsə danışıqda, ola bilər ki, müstəntiqə kimlərinsə adını çəkiblər. Deyiblər ki, lazım gəlsə nəyisə açacağıq, deyəcəyik. Və bu sözlər də sahibinə çatıb”.
mtn_bina_yeni_main_180215İ.İsmayıl İ.Əliyevin ölüm işində olan müəmmaların yaxın gələcəkdə açılacağını gözləmədiyini də söylədi:
“Hamı bilir ki, İlqar Əliyev illərlə mətbuatla işləyib, ictimai-siyasi proseslərə müdaxilə edib. Aydın məsələdir ki, ictimai-siyasi proseslərə müdaxilələri yalnız onun özünün şəxsi qərarı olmayıb. Həmin qərarların kimlərin tərəfindən verildiyi çöldə olanlara heç cür sərf eləmir. Özü də çöldə olan sıravilərdən söhbət getmir, yüksək məqamlılar nəzərdə tutulur”.

İ.İsmayıl deyir ki, İ.Əliyevin özünü öldürməsi üçün elə də ciddi əsasları olmayıb: İlqar Əliyevə 3 maddə ilə ittiham verilib. Özü də bilirdi ki, onu ən pis halda 7-8 il cəza gözləyir. Yəni onun həyatı qabaqda idi. Belə bir halda onun özünü asması bir qədər şübhəlidir. Ondan qat-qat ağır cinayətlərdə adı hallanan Akif Çovdarov bu gün həbsdədir və sağdır”.

İ.İsmayıl İ.Əliyevin tutduğu posta uyğun olaraq əldə etdiyi informasiyaların onun özü üçün təhlükə mənbəyinə çevrilə biləcəyinə də diqqət çəkir: “İlqar Əliyev informasiya daşıyıcısı idi, daşıdığı informasiya sıradan informasiya deyildi. Bildiklərini açıqlasaydı, o, çox adamları hədəfə gətirəcəkdi. Bütövlükdə hakimiyyətin elə qanadına toxuna bilərdi ki, gərginlik yaranardı. Belə nəticəyə gəlmək olar ki, nələrisə bildiyinə görə onu aradan götürə bilərdilər. İstənilən halda İlqar Əliyevin ölümü müəmmalı ölümdür və istintaqında da şəffaflıq yoxdur”.
Azərbaycanın istintaq təcridxanasından, türməsindən keçmiş köşə yazarı Aydın Canıyev son köşəsində bu versiyanın lehinə fikirlər səsləndirib. Yazar qeyd edir ki, BİT-də və ümumiyyətlə cəzaçəkmə müəssisələrində istənilən formada, istənilən an ölmək və öldürülmək mümkündü! Hətta mələfədən asılmadan da!
Köşədən sitat: “Gətirib İlqar Əliyevi ”dovşan” yerinə qoymayın! MTN-in çox sanballı bir idarəsinin aparıcı “qurd”u “tapşırıq qulları”na qulunc verməz! Ömrü boyu vəhşilik etmiş birisinin GÜNÜN GÜNORTAÇAĞI SƏSSİZCƏ ÖLÜMƏ İMZA ATMASI nağılına kim istəyir inansın!… Haçansa kimsə İlqar Əliyevə rast gəlsə Mozambikdə, Kolumbiyada, Qvineya-Bisauda, əmin olsun ki, İlqar Əliyev “vətənə xidmət”ini davam etdirir.
İndilik isə… kim istəsə, həm “Qurd qapısı” tərəfdə, həm də doğulduğu Göyçayda İlqar Əliyevin meyitini göstərə bilərlər ona, sonra da… göndərərlər Manaf Paşayevin yanına!”
Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumatda deyilirdi ki, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.(musavat.com)

 






Fikirlər