Bakıda MƏHKUM kustar üsulla TAPANÇA düzəltdi
Bakıda məhkum kustar üsulla tapança hazırlayıb. “Report”un xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.