İSTANBULU QANA BOYAYAN TERRORİST YAXALANDI! – Foto + VİDEO

terrorist

Yeni il gecəsi 39 adamın öldüyü “Reina” hücumunu həyata keçirən Əbu Məhəmməd Əl Xorasani ləqəbli terrorist Abdulqadir Maşaripov tutulub.

Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları şübhəli şəxsin Esenyurd rayonunda bir ünvanda gizləndiyini müəyyən ediblər. Sözügedən ünvanda aparılan əməliyyat nəticəsində Əbdülqadir Maşaripov ilə yanaşı biri Qırğızıstan əsilli kişi, üçü qadın olmaqla 5 nəfər saxlanılıb.

Şübhəlilər Vətən küçəsindəki İstanbul Polis İdarəsi Tədris Korpusuna aparılıblar.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanları dekabrın 31-də “Reina” gecə klubunda terror aktı törətmiş şəxsin Özbəkistan əsilli Əbdülqadir Maşaripov olduğunu müəyyən ediblər. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların arasında Azərbaycan əsilli bir Rusiya vətəndaşı da olub. 

terrorist

 

 






Fikirlər