Fədayə Laçın 304.2.1 maddəsi İLƏ TƏQSİRLƏNDİRİLİR

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil məlumata görə, Fədayə Laçın Bakı İstintaq Təcridxanasına köçürülüb.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb. 


Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında Fədayə Laçının həbs olunması xəbərini təsdiqləyib: 

"Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. 

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.






Fikirlər